main-post-cover

    Youtube reklam elanlarını bütün videolara inteqrasiya edəcək

    Sosial Media
    23.05.2021
    Emil Nəcəfov
        1 iyun tarixindən Youtube videoservisinin bütün dünyadakı istifadəçiləri üçün yeni qaydalar qüvvəyə minəcək. Bu yeni qaydalar ilk öncə keçən ilin noyabr ayında ABŞ-da istifadəyə verilmişdi. İndi isə həmin qaydalar digər ölkələrin istifadəçilərinə də şamil olunacaq. Beləliklə yeni qaydalara əsasən Youtube reklam elanlarını istənilən videoya inteqrasiya edəcək. Hətta monetizasiya sistemini aktivləşdirməmiş Youtube kanallarının videolarında da reklam elanları sərgilənəcək. Beləliklə Youtube-un yeni qaydalar sənədində qeyd olunub ki, o, partnyorluq proqramında iştirak etməyən müəlliflərin videolarını da monetizasiya edə bilər.
        Keçən ilin Noyabr ayında ABŞ-da bu qayda qüvvəyə minmişdi və nəticədə bu cür videolarda da reklam elanları əks olunmağa başladı. 1 iyun tarixindən isə bu sistem həmçinin digər ölkələrin istifadəçilərini də əhatə edəcək. Bu isə o deməkdir ki, əgər siz Youtube-un partnyorluq proqramına daxil olmasanız belə sizin bəzi videolarınızda reklam elanları sərgilənəcək. Bununla belə bu cür istifadəçilər həmin reklam elanlarından gəlir əldə etməyəcəklər. Əgər istifadəçinin kanalı müəyyən göstəriciləri əldə etməyi bacarsa, o, əvvəlki kimi Youtube-un partnyorluq proqramına daxil ola biləcək. Youtube-un partnyorluq proqramına daxil olmaq üçün tələb olunan şərtlərdə və daxil olma prosesində bir dəyişiklik olmayıb.
    Linki kopyala