main-post-cover

    Youtube kontent müəlliflərinə lisenziya olunmuş mahnılardan istifadə etməyə imkan verəcək

    Sosial Media
    21.09.2022
    Emil Nəcəfov
        Made on Youtube tədbiri çərçivəsində videoservis Creator Music adlı proqramı anons edib. Sözügedən proqram kontent müəlliflərinə öz videolarının monetizasiyası üçün lisenziya olunmuş mahnılardan istifadə etmək imkanını verəcək. Hal hazırda bu proqram ABŞ-da test mərhələsindədir. Lakin gələn il o həmçinin digər regionlarda da aktiv olacaq. Creator Music proqramı çərçivəsində qarşılıqlı əlaqənin iki variantı güman edilir. Birinci variant çərçivəsində kontent müəllifləri mahnıları birbaşa lisenziyalaşdıracaqlar və gəlirin bütün hissəsini (Youtube-un 45%-lik komissiyası istisna olmaqla) əldə edəcəklər.
        İkinci varianta əsasən isə kontent müəllifləri öz gəlirlərini mahnıların lisenziya sahibləri ilə bölüşəcəklər. Məlumata əsasən Youtube-un bu yeni proqramı videoplatformadakı kontent müəlliflərinin 27.5%-ni əhatə edəcək. Daha əvvəllər Youtube daxilində istifadəçilərin öz kontentlərində mahnılardan istifadə etmələri problemli proses idi. Belə ki, onlar öz kontentlərinin monetizasiyasını dayandırmamaq üçün lisenziya vergisi olmayan mahnılardan istifadə etməli olurdular.
        Çünki müəllif hüququ sahibininin icazəsi olmadan məşhur ifaçının mahnısının hətta kiçik bir hissəsinin istifadəsi də videonun Youtube-da bloklanmasına səbəb ola bilər. Mövcud olan məlumatlara əsasən Youtube artıq 50-yə yaxın musiqi şirkəti, nəşriyyatı və distribyutoru ilə müqavilə bağlayıb. Lakin onların arasında hələ böyük musiqi şirkətləri yoxdur. Bununla belə Youtube təmsilçisi qeyd edib ki, Creator Music proqramının istifadəçiləri öz kontentlərində bir neçə yüz min mahnıdan istifadə edə biləcəklər. Aydın məsələdir ki, bunun sayəsində Youtube öz platformasına yeni istifadəçiləri cəlb etməyi hədəfləyib.
    Linki kopyala