Youtube-da videoları reklamsız izləmək üçün yeni üsul tapılıb

Youtube-da videoları reklamsız izləmək üçün yeni üsul tapılıb

Sosial Media
12.06.2020 PAYLAŞIM

    Youtube istifadəçiləri yəqin ki, qıcıqlandıran reklamlar ilə tanışdılar. Video izləyən zaman bu cür qıcıqlandırıcı kontentlərdən yaxa qurtarmaq üçün istifadəçilər çox zaman brauzerlər üçün nəzərdə tutulmuş xüsus əlavələrdən istifadə edirlər. Lakin Reddit istifadəçilərindən biri Youtube reklamlarından çox sadə üsul ilə yaxa qurtarmağın yolunu tapıb. Bunun üçün brauzerə heç bir əlavə yükləməyə ehtiyac yoxdur. Bu barədə Androidauthority saytı xəbər verib.

    Reddit-in u/unicorn4sale ləqəbli istifadəçisi Youtube-dakı hər bir videonun URL ünvanında “.com”-dan sonra adi nöqtənin qeyd olunmasını məsləhət görür. Məlum olub ki, URL ünvanda edilmiş bu kiçik dəyişiklik səhifəni elə “sındırır” ki, bir çox reklam elanları yüklənə bilmirlər. Maraqlısı ondadır ki, bu üsul Youtube servisinin həm veb versiyasında həm də mobil versiyasında çalışır. Mobil versiya dedikdə smartfonda brauzer vasitəsilə işə salınan Youtube nəzərdə tutulur. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram unikal virtual mobil nömrələr satacaq

1 ay bundan öncə Telegram kriptovalyuta qarşılığında istifadəçi hesabları üçün nəzərdə tutulmuş ləqə..


Elon Musk: '2024-cü ilə kimi Twitter-in aylıq istifadəçi kütləsi 1 milyard insan..

Bir neçə müddət bundan öncə Twitter-in yeni sahibi olmuş Elon Musk-ın proqnozlarına əsasən sosial şə..


Twitter-in App Store və Google Play-dən silinməsi halında Elon Musk alternativ s..

Twitter-in yeni sahibi olan Elon Musk növbəti maraqlı bəyanatı ilə diqqətləri öz üzərinə çəkib...


Yaxın zamanda Whatsapp-da səsli statuslar funksiyası istifadəyə veriləcək

Whatsapp tərtibatçıları messencerə yeni funksiyalar əlavə etməyə hazırlaşırlar.


Elon Musk Twitter üçün 2 yeni təsdiq ikonunu anons edib

Elon Musk Twitter-dəki təsdiq ikonları ilə bağlı yeni qərar verib.

×