Youtube-da təhqiredici şərhlərə nəzarət funksiyası istifadəyə veriləcək

Youtube-da təhqiredici şərhlərə nəzarət funksiyası istifadəyə veriləcək

Sosial Media
07.10.2020 PAYLAŞIM

    Youtube-da yerləşdirilən videolara yazıla şərhlər heç də hər zaman adekvat olmurlar və bəzi hallarda videoların müəllifləri həmin şərhlər vasitəsilə trollanır və təhqir olunurlar. Bu cür halları minimuma endirmək üçün Youtube komandası xüsusi təcrübəyə start verildiyini elan edib. Bu barədə Androidpolice saytı xəbər verib. Beləliklə Youtube servisinin təcrübi funksiyası potensial təhqiredici sözləri və cümlələri təyin etmək üçün istifadəçilərin şərhlərini yoxlayacaq.

    Təhqiredici sözlərin və ya cümlələrin aşkar edilməsi halında onları yazmış müəllifə servisin siyasəti üzrə mətnin redaktə olunması təklif ediləcək. Youtube komandası bildirib ki, istifadəçi mətnin ilkin versiyasının saxlanılması hüququna sahib olacaq. Lakin hətta yazılmış şərh Youtube tərəfindən təhqiredici kimi qəbul edilməsə də o, ictimai prinsiplər əsasında silinə bilər. Hal hazırda bu cür şərhlərə xəbərdarlığı yalnız Youtube tərəfindən seçilmiş xüsusi istifadəçilər görə bilərlər. Yeni funksiyanın Youtube-da irimiqyaslı şəkildə nə zaman istifadəyə veriləcəyi bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Youtube-da təhqiredici şərhlər ilə mübarizə üçün yeni funksiyanı istifadə..

Youtube kanalların müəllifləri tez-tez öz videolarının şərh bölmələrində digərləri tərəfindən təhqir..


Whatsapp-ın iOS versiyasına yeni funksiyalar əlavə edilib

Whatsapp tərtibatçıları iPhone istifadəçiləri üçün messencerin yeni versiyasını təqdim ediblər...


Telegram-ın beta versiyasına çoxdan gözlənilən qrup audizəngləri funksiyası əlav..

Telegram tərtibatçıları messencerin imkanlarını genişləndirməkdə davam edirlər. Belə ki, Telegram-ın..


Youtube-dakı videokontent yaradıcılarına kömək üçün Google şirkəti yeni süni zək..

Bir neçə ay bundan öncə Google şirkəti Youtube videoservisinə çox faydalı bir funksiya əlavə etmişdi..


İstifadəçi baxmayacaq amma dinləyəcək: Youtube-da yeni reklam formatı istifadəyə..

Youtube videoservisindəki reklam elanları artıq hamıya məlumdur. Təbii ki, istifadəçi öz istəyinə uy..


Twitter Fleets: Twitter istifadəçiləri üçün Instagram Stories analoqu istifadəyə..

Twitter sosial şəbəkəsi özünün Instagram-dakı Stories analoqunu işə salıb. Söhbət, Fleets adlı bölmə..

×