Youtube-da təhqiredici şərhlərə nəzarət funksiyası istifadəyə veriləcək
Sosial Media
07.10.2020
Farid Pardashunas
Youtube-da yerləşdirilən videolara yazıla şərhlər heç də hər zaman adekvat olmurlar və bəzi hallarda videoların müəllifləri həmin şərhlər vasitəsilə trollanır və təhqir olunurlar. Bu cür halları minimuma endirmək üçün Youtube komandası xüsusi təcrübəyə start verildiyini elan edib. Bu barədə Androidpolice saytı xəbər verib. Beləliklə Youtube servisinin təcrübi funksiyası potensial təhqiredici sözləri və cümlələri təyin etmək üçün istifadəçilərin şərhlərini yoxlayacaq.
Təhqiredici sözlərin və ya cümlələrin aşkar edilməsi halında onları yazmış müəllifə servisin siyasəti üzrə mətnin redaktə olunması təklif ediləcək. Youtube komandası bildirib ki, istifadəçi mətnin ilkin versiyasının saxlanılması hüququna sahib olacaq. Lakin hətta yazılmış şərh Youtube tərəfindən təhqiredici kimi qəbul edilməsə də o, ictimai prinsiplər əsasında silinə bilər. Hal hazırda bu cür şərhlərə xəbərdarlığı yalnız Youtube tərəfindən seçilmiş xüsusi istifadəçilər görə bilərlər. Yeni funksiyanın Youtube-da irimiqyaslı şəkildə nə zaman istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)