Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Sosial Media
26.05.2023 PAYLAŞIM

    Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəlliyi öz platformalarına inteqrasiya etməyə başladılar. Buna misal olaraq, Facebook-u, Whatsapp-ı və Instagram-ı gətirmək olar. Youtube da bu məsələdə istisna olmadı. Lakin görünür, Youtube-da Stories paylaşımları o qədər də məşhur deyillər. Belə ki, dünyanın ən məşhur video platforması Stories-lərin paylaşılması funksiyasını ləğv edəcək.

    Artıq 26 iyun tarixindən başlayaraq istifadəçilər Youtube hesablarına Stories-lər yükləyə bilməyəcəklər. Həmin müddətə kimi yüklənəcək istənilən Stories paylaşımı 7 gündən sonra avtomatik olaraq silinəcək. Qeyd etmək lazımdır ki, Youtube Stories paylaşımlarını qısa formatlı videolar adı ilə 2017-ci ildə test etməyə başladı. Lakin daha sonra video platformada Youtube Shorts videolar istifadəyə verildi. Məlumatda qeyd edilib ki, adi video paylaşımlar Stories-lərdən fərqli olaraq daha çox rəylərə və bəyənmə saylarına sahibdirlər.




DAHA ÇOX


Whatsapp yaxın zamanda bəzi köhnə smartfonlarda artıq çalışmayacaq

Whatsapp yaxın zamanda köhnə Android dəstəkli smartfonlarda artıq çalışmayacaq.


Whatsapp Business üçün iki yeni funksiya anons edilib

Whatsapp şirkətlərə və onların müştərilərinə bəzi prosesləri daha sürətli şəkildə yerinə yetirməyə i..


Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə ve..

Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün bir n..


Kontent yaradıcıları üçün Youtube Create tətbiqi təqdim edilib

Youtube tərtibatçıları Youtube Create adlı yeni tətbiqi təqdim ediblər.


Süni zəka vasitəsilə tərtib edilmiş kontentlər TikTok-da xüsusi olaraq işarələnə..

TikTok video müəlliflərə fərdi kontentlərinin süni zəka tərəfindən tərtib edildiyini qeyd etməkdə ya..


Whatsapp-ın iPad planşetləri üçün tətbiqinin beta versiyası istifadəyə verilib..

Whatsapp tərtibatçıları messencerin iPad planşetləri üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyası..

×