main-post-cover

    Yaxın zamanda Whatsapp-da yeni funksiyalar istifadəyə veriləcək

    Sosial Media
    06.12.2022
    Farid Pardashunas
        Meta şirkəti Whatsapp-a yeni funksiyalar əlavə etməklə messenceri təkmilləşdirməyə davam edir. WABetaInfo saytının verdiyi məlumata əsasən hal hazırda messencerdə bir neçə yeni funksiya test olunur və onlar yaxın zamanda istifadəçilər üçün təqdim ediləcək. İstifadəyə veriləcək funksiyalar barəsində məlumatlar verilib. Beləliklə şirkət Whatsapp-ın iOS versiyasında zənglər üçün picture-in-picture funksiyasını test edr. Bu funksiya çərçivəsində istifadəçi Whatsapp vasitəsilə daxil olan və ya edilən zəng zamanı smartfonda digər işlərini görə biləcək.
        Bu halda zəng pəncərəsi daha kiçik ölçü rejiminə keçid edəcək. Sözügedən funksiya messencerdə avtomatik olaraq aktiv olacaq. Lakin istifadəçi öz istəyinə əsasən onu deaktiv edə biləcək. Bununla yanaşı messencerdə yaxın zamanda tək baxışlı mesajlar funksiyası istifadəyə veriləcək. Sözügedən funksiya View Once adını əldə edəcək. Bu funksiya Whatsapp-ın Android versiyasında artıq test edilir. View Once funksiyası çərçivəsində göndəriləcək istənilən mətnli mesaj, foto və ya videoya bir dəfə baxmaq mümkün olacaq.
        İstifadəçi bu cür mesaja baxandan sonra o, avtomatik olaraq silinəcək. Bununla yanaşı bu cür mesajı yadda saxlamaq, onu başqa kiməsə göndərmək və ya onun screenshot fotosunu çəkmək mümkün olmayacaq. Messencerin kompüter üçün nəzərdə tutulmuş versiyasında statuslar siyahısı funksiyası test edilir. Bu funksiya sayəsində istifadəçilər çatlar siyahısından istifadəçilərin yeni statuslarını görə biləcəklər. Sözügedən bütün funksiyaların Whatsapp-ın stabil versiyasında nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər