main-post-cover

    Yaxın zamanda Instagram hekayələrinə (Story-lər) Facebook üzərindən baxmaq mümkün olacaq

    Sosial Media
    05.09.2020
    Nijat Hamid
            Facebook keçən ilin sonlarında bildirmişdi ki, sahib olduğu bütün sosial mediaları birləşdirməyi düşünür. Yaxın zamanlarda saytımızda da paylaşdığımız kimi şirkət Instagram DM ilə Facebook Messenger-i birləşdirməyə başlamışdı. Beləliklə istifadəçilər Direct ilə Messenger-də danışdığı istifadəçilərə mesaj yaza bilirdi. Hələki çox az sayda istifadəçilərə bu testlərə qoşula bilib. İndi isə yeni çıxan məlumatlara görə Facebook növbəti addımı atmağa başlayır.

    İstifadəçilər Instagram Story-lərə Facebook tətbiqi ilə baxa biləcəklər.

            Matt Navarra tərəfindən Twitter üzərindən paylaşılan məlumata görə Facebook rəsmiləri bu məlumatı təsdiqləyiblər. Bu funksiyanın aktivləşdirilməsi üçün istifadəçilər əvvəlcə Facebook və Instagram hesablarını bir-biri ilə əlaqələndirməlidir. Bunun üçün Instagram ayarlarına daxil olub Linked Accounts-dan Facebook-u seçib hesabları bir-birinə bağlamalısınız. Həmçinin Story paylaşan istifadəçilər paylaşımlarının Facebook üzərində görünüb görünməməsini seçə biləcək. Lakin bunu ümumi bütün hekayələr üçün yoxsa tək-tək hər story üçün seçilib seçilməyəcəyi isə indilik bilinmir. Bundan başqa Instagram hekayəsinə Facebook üzərindən baxan və ya yazılan rəylər Instagramdan idarə edilə biləcək. Yəni sizin Story-nizə Facebook-da baxıb mesaj yazan istifadəçinin mesajını Instagramda baxa biləcəksiniz. Qeyd edək ki, yeni funksiya hələki test mərhələsindədir və bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi bilinmir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər