Wikipedia son 10 ildə ilk dəfə öz interfeysinin dizaynını dəyişəcək
Sosial Media
25.09.2020
Farid Pardashunas
Wikipedia öz saytının desktop versiyasını son 10 ildə ilk dəfə yeniləyəcək. Bu barədə saytın inkişafından cavabdeh olan Wikimedia fondu elan edib. “2019-cu ildən biz, Wikipedia-nın desktop versiyasının interfeysinin gücləndirilməsi üzərində çalışırıq. Biz əsas diqqəti kontentimizin ön plana keçməsinə və saytdakı naviqasiyanın sadələşdirilməsinə yönəltmişik” - deyə Wikimedia bildirib. Beləliklə saytda olacaq əsas dəyişikliklər aşağıdakılardır:
- Saytın sol hissəsində yerləşən menyunun yuxarıdakı panel vasitəsilə aradan qaldırılması. Bunun sayəsində istifadəçi səhifədəki kontenti tam şəkildə görə biləcək.
- Saytın loqosunun ölçüsünün bir qədər kiçilməsi.
- Ən çox istifadə olunan dillərin yadda saxlanması imkanını özündə birləşdirən dillərin dəyişdirilməsi düyməsi.
- Səhifənin yuxarı hissəsindəki axtarış sistemi yerləşdiyi yerə bərkidiləcək. Bu isə o deməkdir ki, istifadəçi səhifəni scroll edən zaman axtarış sistemi də onunla birlikdə scroll olunacaq.
= Axtarış zamanı məqalələr barəsində qısa məlumat.
- Səhifənin sağ hissəsinin yuxarısında “Table of Contents” düyməsi. Bu düymə məqalədəki başlıqları sıra ilə ayıracaq və istifadəçi bunun sayəsində məqalənin müəyyən hissəsinə sürətli keçidi reallaşdıra biləcək.
- Əks olunan səhifənin genişliyinin məhdudlaşdırılması.
Məlumatda qeyd olunub ki, bütün bu dəyişikliklər tədricən inteqrasiya olunacaq və gələn ilin sonuna kimi bu proses bitəcək. Məlumata əsasən hal hazırda Wikipedia-da 300-dən çox dildə 53 milyon məqalə mövcuddur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)