main-post-cover

    Whatsapp Web-ə çoxdan gözlənilən funksiyalar gəlir

    Sosial Media
    20.10.2020
    Emil Nəcəfov
        WABetaInfo saytı Whatsapp messencerinin əldə edəcəyi yeni funksiya barəsində məlumat verib. Yeni funksiya messencerin veb versiyasını əhatə edəcək. Belə ki, insayderlərin verdikləri məlumata əsasən tərtibatçılar artıq Whatsapp-ın veb versiyası üçün nəzərdə tutulmuş audio və videozəngləri test etməyə başlayıblar. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, audio və videozənglər funksiyası artıq beta test mərhələsindədir.
        Fotolardan da görmək olar ki, hansısa şəxs tərəfindən zəng daxil olan zaman ekranda xüsusi pəncərə əks olunur və həmin pəncərə vasitəsilə istifadəçi zəngə cavab verə və ya onu rədd edə bilər. Hansısa şəxsə zəng edən zaman isə istifadəçiyə daha kiçik pəncərə təqdim olunur və həmin pəncərədə bir sıra düymələr mövcuddur. Bununla yanaşı məlumata əsasən tərtibatçılar Whatsapp-ın veb versiyası üçün qrup audio və videozəngləri də hazırlayırlar. 
    Linki kopyala