main-post-cover

    Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu istifadəyə veriblər

    Sosial Media
    02.06.2023
    Emil Nəcəfov
        Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir. Lakin istifadəçilərin çoxu onlardan xəbərsizdirlər. Bu problemi aradan qaldırmaq üçün messencer tərtibatçıları Security Center adlı qlobal servisi istifadəyə veriblər. Sözügedən servis Whatsapp istifadəçilərinə özlərini spamlardan və digər arzuolunmaz mesajlardan qorumaqda yardımçı olacaq. Whatsapp Security Center messencerdə olan təhlükəsizlik funksiyalarını sadə dildə və təlimatlarla başa salmağa imkan verən veb resursdur. Məlumatda qeyd edilib ki, bu veb resursun əsas məqsədi istifadəçiləri məlumatların qorunması üçün nəzərdə tutulmuş funksiyalar barəsində daha geniş şəkildə məlumatlandırmaqdır. Bu cür məlumatlar Whatsapp-dan yenicə istifadə etməyə başlamış şəxslər və yaşlı insanlar üçün faydalı olacaq.
    Linki kopyala