main-post-cover

    Whatsapp Telegram-ın məşhur funksiyalarından birini əldə edəcək

    Sosial Media
    25.06.2020
    Emil Nəcəfov
        Dünyanın ən məşhur messencer olmasına baxmayaraq Whatsapp öz rəqiblərində olan bəzi funksiyalara hələ də sahib deyil. Yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Whatsapp-ın beta versiyalarından birində Telegram istifadəçilərinə tanış olan faydalı özəllik aşkar edilib. Söhbət, animasiyalı stikerlərdən gedir. Bu barədə Androidpolice saytı xəbər verib.
        Çatlarda animasiyalı stikerlərin istifadəsi funksiyası Whatsapp-ın 2.20.194.7 nömrəli beta versiyasına əlavə edilib. Sözügedən stikerlərin göndərilməsindən sonra onlar hərəkət etməyə başlayırlar və qısa müddətdən sonra hərəkətsiz qalırlar. Onları yenidən hərəkət etdirmək üçün çat səhifəsini sadəcə olaraq aşağı və ya yuxarı sürüşdürmək lazımdır.
    WhatsApp
        Qeyd etmək lazımdır ki, mövcud olan stikerləri messencerin menyusundan əlavə etmək olmur. Onları sadəcə olaraq hansısa istifadəçinin göndərməsindən sonra yaddaşda saxlamaq mümkündür. Sözügedən funksiyanın testinə start veriləndən sonra o, tez bir zamanda silinib. Stikerlərdən istifadə etmək üçün yalnız 2.20.194.7 nömrəli Whatsapp beta versiyasını fərdi şəkildə smartfona quraşdırmaq lazımdır. Animasiyalı stikerlərin bütün Whatsapp istifadəçiləri üçün nə zaman təqdim olunacağı bilinmir.
    WhatsApp
    Linki kopyala