Whatsapp messencerinin kompüter versiyası hazırlanır

TEXNOLOGİYA


29.07.2019 0 PAYLAŞIM 589 OXUNMA


    Hal hazırda personal kompüterdə Whatsapp messencerindən istifadə etmək üçün bu messencerin veb versiyası ilə mobil versiyası arasında sinxronlaşdırmanı reallaşdırmaq lazımdır. Lakin bu halda smartfon sönülü olarsa, messencerin veb versiyası vasitəsilə mesaj göndərmək mümkün olmayacaq. Görünür, bu vəziyyət yaxın zamanda dəyişəcək.

    Belə ki, WABetaInfo saytının verdiyi məlumata əsasən məşhur messencerin tərtibatçıları Whatsapp-dakı istifadəçi hesabının həm smartfonda həm də kompüterdə ayrı-ayrılıqda istifadəsi özəlliyini test edir. Bu barədə The Next Web saytına istinadən Gagadget saytı xəbər verib. Bu fuksiya messencerin Windows üçün olacaq versiyasında dəstəklənəcək. Başqa sözlə desək, tərtibatçılar Whatsapp-ın kompüter versiyasını hazırlayırlar. Bəzi məlumatlara əsasən messencerin bu versiyası ilin sonuna kimi təqdim olunacaq. Lakin messencerin iPad versiyası gecikir.