main-post-cover

    Whatsapp messencerinə Whatsapp Reminders adlı xatırlatma funksiyası əlavə edilib

    Sosial Media
    09.12.2019
    Emil Nəcəfov
        Məşhur Whatsapp messencerində tapşırıqların yaradılması və xatırlatmaların təyin edilməsi funksiyası reallaşdırılıb. Bu barədə Rusbase saytı xəbər verib. Bu yeni funksiya xatırlatmalar servisi olan Any.do ilə birgə əməkdaşlıq vasitəsilə yaradılıb. Yeni funksiyanın adı isə Whatsapp Reminders-dir. İstifadəçilər bu yeni funksiyanı 1 həftə ərzində pulsuz şəkildə test edə bilərlər. Daha sonra bu funksiya abunəlik şəklində aktiv olacaq. Messencerdə xatırlatmalar Any.do botu vasitəsilə təyin edilir. İstifadəçi sadəcə olaraq hansısa hadisəni və ya işi xatırlatmaq üçün Any.do botuna zaman təyinini özündə əks etdirən sorğu göndərməlidir. Sözügedən xidmətin dəyəri aylıq 2.98$ təşkil edir.
    Linki kopyala