main-post-cover

    Whatsapp mesajlarına emojilər vasitəsilə reaksiya bildirmək funksiyası hazırlanır

    Sosial Media
    25.08.2021
    Farid Pardashunas
        Məlumata əsasən Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və hazırlanan yeni funksiya mesajlar mübadiləsini əhatə edir. Söhbət, mesajlara reaksiyalardan gedir. Facebook-da da olduğu kimi reaksiyalar emojilər vasitəsilə reallaşdırılacaq. Faktiki olaraq istifadəçilər mesajlara başqa tərzdə də reaksiya verə bilirdilər. Bunun üçün sadəcə olaraq müəyyən mesaja cavab olaraq müvafiq emojini göndərmək lazım idi. Lakin bu yeni funksiya sözügedən prosesi daha da sadələşdirəcək.
        Instagram, Signal, Twitter, Slack Messenger kimi servislərdə bu özəllik artıq uzun müddətdir ki, mövcuddur. Bu məsələdə də Whatsapp öz rəqiblərinə çatmağa çalışan təmsilçi rolunda çıxış edir. Mesajlara emojilər vasitəsilə reaksiya funksiyasının növbəti Whatsapp yenilənmələrindən birində aktiv olacağı gözlənilir. Instagram Direct-də olduğu kimi Whatsapp istifadəçiləri də ayrı-ayrı mesajlara emoji reaksiyaları əlavə edə biləcəklər. Bu yeni funksiyanın Whatsapp-da necə görünəcəyi barəsində bir məlumat yoxdur. Görünür, yeni funksiya hələ ilkin hazırlanma mərhələsindədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər