Whatsapp istifadəçilərinin məlumatları açıq mənbə kimi Google-da ortaya çıxıblar

Whatsapp istifadəçilərinin məlumatları açıq mənbə kimi Google-da ortaya çıxıblar

Sosyal Medya
23.02.2020 PAYLAŞIM

    Bu ayın ortasında Whatsapp messencerinin ümumi istifadəçi kütləsi 2 milyardı keçdi. Bu qədər sayda istifadəçi kütləsinin olması öz növbəsində çoxlu sayda Whatsapp qruplarının yaranmasına səbəb olub. Lakin Almaniyanın DWNews saytının jurnalistlərindən biri aşkar edib ki, bu cür qrupların isitfadəsi və Google şirkətinin qəribə siyasəti messencer istifadəçilərinin konfidensiallıqlarına zərər vura bilər. Bu barədə XDA-Developers saytı xəbər verib.

    Tədqiqat çərçivəsində əldə edilmiş məlumatlara əsasən əsas problem ondan ibarətdir ki, bir neçə müddət bundan öncə Google, axtarış sorğularında ortaya çıxan Whatsapp qruplarını indeksləməyə başlayıb. Site: chat.whatsapp.com məhdudlaşdırıcı axtarışdan istifadə edərək Whatsapp qrupları barəsində 470.000 səhifədən çox məlumat əldə etmək olar.

    Məlumat yığımı və reklam agentliklərinə müəyyən auditoriyaların tərtib olunması ilə məşğul olan şirkətlər üçün bu böyük məlumatlar toplusudur. İstənilən açıq Whatsapp qrupuna daxil olmaqla təkcə həmin qrupdakı iştirakçıların siyahısını deyil həmçinin onların mobil nömrələrini də öyrənmək olar. Mütəxəssislər qeyd ediblər ki, sözügedən vəziyyətdə əsas günah Google-da yox məhz Whatsapp tərtibatçılarındadır.

    Belə ki, həmin tərtibatçılar Google tərəfindən indekslənməyə qadağa qoymayıblar. Buna görə də istənilən açıq Whatsapp qrupunun istənilən iştirakçısının mobil nömrəsi tam açıq şəkildə sızdırıla bilər. Ona görə ki, Whatsapp, qrup linklərinin axtarış sistemləri tərəfindən indekslənmələrini düzgün hesab etdiyi üçün onları açıq şəkildə təqdim edir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook şirkəti Messenger-in macOS və Windows versiyalarını təqdim edib

Dünən Facebook şirkəti macOS və Windows əməliyyat sistemi vasitəsilə çalışan kompüterlər üçün ayrıca..


TikTok ilə rəqabət aparmaq üçün Youtube platforması özünün qısa videolar servisi..

Dünyanın ən çox yüklənən mobil tətbiqi reytinqində TikTok servisi Whatsapp messencerini keçəndən son..


Kontakt Home-dan unikal xidmət – AZƏRBAYCANDA İLK DƏFƏ

Kontakt Home Azərbaycanda ilk dəfə olaraq mağazalardan onlayn video-konsultasiya xidmətini istifadəy..


Kontakt Home onlayn çatdırılma xidmətinə onlarla yeni işçi cəlb edib

Ölkəmizdə öz seqmentində gün ərzində pulsuz çatdırılma xidmətini təmin edən yeganə şəbəkə olan Konta..


Whatsapp iki faktorlu autentifikasiya üçün olan təhlükəsizlik kodlarını şifrələn..

İki faktorlu autentifikasiya sistemi Whatsapp messencerində 2017-ci ildə istifadəyə verilmişdi...


Kontakt Home müştərilərinə şad xəbər: BÜTÜN KREDİTLƏRƏ 1 AYLIQ GÜZƏŞT..

Ölkənin ən böyük elektronika brendlərindən olan Kontakt Home mağazalar şəbəkəsi bütün müştərilərinin..