main-post-cover

    Whatsapp-ın yeni versiyası mesajların bildirişləri ilə bağlı qıcıqlandırıcı problemi aradan qaldıracaq

    Sosial Media
    18.11.2020
    Emil Nəcəfov
        Messencerlərin bütün rahatlıqlarına baxmayaraq gün ərzində mesajlar barəsində olan daimi bildirişlər istifadəçini vacib işlərdən ayıra və ya istifadəçini ümumiyyətlə qıcıqlandıra bilər. Bununla belə səssiz rejim sözün əsl mənasında vacib olan məlumatı əldə etmək imkanını aradan qaldırır, çatların arxivləşdirilməsi isə həmin çatı birbaşa deaktiv edir.
        Whatsapp-a inteqrasiya ediləcək yeni funksiya bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub. Bu barədə Techradar saytı xəbər verib. Whatsapp-a əlavə ediləcək yeni Read Later adlı funksiya çatların arxivləşdirilməsi özəlliyini bir qədər fərqli edir. Belə ki, bu funksiyanın aktivləşdirilməsi zamanı yeni mesajlar arxivə daxil olacaqlar, lakin bu halda onlar barəsində olan bildirişlər smartfon ekranında əks olunmayacaqlar və səs vasitəsilə istifadəçiyə təqdim olunmayacaqlar.
        Whatsapp tərtibatçılarının sözlərinə əsasən bu yeni funksiyanın əsas məqsədi istifadəçinin diqqətini ayıran faktorların sayını azaltmaqdır. Hal hazırda Read Later funksiyası yalnız iOS-də Whatsapp-ın qapalı beta test versiyasında aktivdir. Gözləntilərə əsasən bir neçə müddətdən sonra bu funksiya həmçinin Whatsapp-ın Android versiyasına da əlavə ediləcək. 
    Linki kopyala