main-post-cover

    Whatsapp-ın qrup zənglərindəki iştirakçıların sayı artırıldı

    Sosial Media
    21.04.2020
    Farid Pardashunas
        Facebook şirkəti dünyadakı vəziyyət səbəbilə Whatsapp-ın qrup zənglərindəki iştirakçıların sayını artırmaq qərarını verdi. Bu barədə WABetaInfo saytı xəbər verib. Beləliklə Whatsapp-ın qrup zənglərində iştirak edənlərin sayı 2 dəfə artıb. Belə ki, qrup zənglərində maksimum 4 nəfər deyil 8 nəfər iştirak edə bilər. Təbii ki, Zoom Skype servisləri ilə müqayisədə bu göstərici çox olmasa da, yenə də xoş bir yenilikdir.
        Bundan əlavə olaraq tərtibatçılar zənglər prosesini bir qədər sadələşdiriblər. Belə ki, qrupdakı hər bir şəxsi seçmək əvəzinə bir düymə ilə hamıya birdən zəng etmək mümkündür. Lakin o halda ki, qrupda maksimum 4 nəfər şəxs var. Bu yeni özəlliklər Whatsapp-ın Android iOS üçün olan 2.20.133 nömrəli beta versiyasına əlavə edilib. Yeni funksiyaların Whatsapp-ın stabil versiyasına daha sonra əlavə ediləcəyi gözlənilir.
    Linki kopyala