main-post-cover

    Whatsapp-ın qrup zənglərində iştirak edən istifadəçilərin sayı artırılacaq

    Sosial Media
    18.04.2020
    Emil Nəcəfov
        Facebook şirkəti digər tətbiqlər ilə rəqabət aparmaq üçün Whatsapp-dakı qrup zənglərində iştirak edən istifadəçilərin sayını artırmaq qərarına gəlib. Bu barədə WaBetainfo saytı xəbər verib. Sözügedən saytın mütəxəssisləri Whatsapp-ın Android üçün olan 2.2.128 beta versiyasının kodunda bu barədə məlumat aşkar ediblər.
        Hal hazırda Whatsapp-da 4 nəfərdən çox insan qrup zəngində iştirak edə bilmir. Messencerin yeni versiyasında qrup zəngində iştirak edəcək istifadəçilərin maksimum sayı bilinmir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Zoom servisində bu göstərici 1000 nəfər, Skype-da 50 nəfər, Google Duo-da isə 11 nəfərdir. Bu yeni funksiyanın Whatsapp-a nə zaman əlavə ediləcəyi barəsində məlumat yoxdur. Lakin güman etmək olar ki, bu, yaxın zamanda baş verəcək.
    Linki kopyala