main-post-cover

    Whatsapp'ın qrup çatlarına yeni funksiya əlavə edilib

    Sosial Media
    07.11.2019
    Farid Pardashunas
        Məşhur messencerin qrup çatlarına dəvət etmək üzrə yeni funksiyalar əlavə edilib. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, bundan sonra messencerdə sizi müəyyən qruplara əlavə edəcək kontaktları seçmək mümkün olacaq. Bu funksiyanı elə ayarlamaq olar ki, müəyyən qruplara sizi yalnız sizin ailə üzvləriniz və ya dostlarınız əlavə etsinlər. Qrup çatlarının adminləri hələ də sizlərə özəl mesajlar vasitəsilə dəvət bildirişi göndərə biləcəklər. Lakin həmin bildirişlər çatda 3 gün qalacaqlar. 3 gündən sonra isə avtomatik olaraq silinəcəklər. Nəticə etibarilə istifadəçi həmin bildirişlərə reaksiya verməyə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər