Whatsapp'ın qrup çatlarına 4 yeni funksiya gəldi
Sosial Media
15.05.2018
Farid Pardashunas
Məşhur Whastapp messencerinin qrup
çatlarına 4 yeni funksiya əlavə olunub. Həmin funksiyalar ilə aşağıdan tanış ola
bilərsiniz:
- Qrup çatının təsviri: Bundan sonra
hər hansı qrup çatına qatılmış yeni istifadəçi xüsusi banner ilə qarşılaşacaq.
Həmin bannerdə isə qrup çatının məqsədi, onda müzakirə olunan əsas mövzu,
qaydalar və s. kimi məlumatlar yer alacaq.
- Adminlər üçün idarəetmə
funksiyaları: Qrup çatının adminləri bundan sonra qrup çatı istifadəçilərinin
hüquqlarını dəyişə biləcəklər. Beləliklə istənilən istifadəçi qrup çatının
fotosunu və təsvirini dəyişə biləcək.
- Qaçırılmış məlumatların icmalı: Bundan
sonra qrup çatına daxil olmuş istifadəçi ona ünvanlanmış bütün mesajları görə
biləcək. Bunun üçün messencerin aşağı sağ hissəsinə “@” işarəsi əlavə olunub.
- Qrup çatında hər hansısa istifadəçinin
axtarışı: Bundan sonra istənilən istifadəçi qrup çatının axtarış bölməsində hər
hansısa digər istənilən şəxsi sadəcə olaraq adı vasitəsilə tapa biləcək.
Daha bir yenilik isə ondan ibarətdir ki, bundan sonra qrup çatının
yaradıcısını qrupdan çıxartmaq mümkün olmayacaq. Əgər hər hansısa istifadəçi bu
və ya digər qrup çatından öz istəyi ilə çıxsa, onda onun özünün istəyi olmadan
heç bir digər istifadəçi onu yenidən qrup çatına əlavə edə bilməyəcək. Qrup
çatları üçün olan bu yeni funksiyalar messencerin Android və iOS versiyalarının
sonuncu yenilənməsində artıq aktivdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)