Whatsapp-ın desktop versiyası Telegram-da mövcud olan funksiyanı əldə edəcək
Sosial Media
23.11.2022
Farid Pardashunas
Whatsapp-ın Windows üçün nəzərdə tutulmuş beta versiyasında messencerdə istifadəyə veriləcək yenilik barəsində məlumat aşkar edilib. Məlumata əsasən yaxın zamanda messencerin desktop versiyası istifadəçilərə Zoom, Skype və Telegram-da yaxşı tanış olan funksiya aktiv olacaq. İnsayderlər tərəfindən təqdim edilmiş screenshot fotoda messencerin yenilənmiş yan paneli əks olunub. Həmin yan paneldə isə zəngləri əks etdirən düymə var. Həmin düyməyə klikləməklə istifadəçi Whatsapp üzərindən etmiş olduğu zənglərin tarixçəsini və kontaktlar üzrə axtarış imkanını əldə edəcək. Bu funksiyanın desktop Whatsapp-ın stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir. İnsayderlər bildiriblər ki, sözügedən yeni funksiyanın istifadəyə verilməsindən sonra Whatsapp, Zoom vəə Skype kimi servislər ilə daha effektiv rəqabət apara biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)