main-post-cover

    Whatsapp-ın beta versiyasında Dark Mode rejimi istifadəyə verilib

    Sosial Media
    22.01.2020
    Emil Nəcəfov
        Whatsapp tərtibatçıları sonunda messencer üçün Dark Mode rejimini anons etdilər. Belə ki, sözügedən rejim Whatsapp 2.20.13 beta versiyasında istifadəyə verilib. Bu barədə Fonearena saytı xəbər verib. Digər tətbiqlərdən fərqli olaraq Dark Mode rejiminə keçid edəndən sonra messencerin fon rəngi qara deyil boza çevrilir. Bu cür rəng isə AMOLED ekranlı smartfonlar üçün o qədər də uyğun deyil.
        Buna baxmayaraq yaxşı işıqlandırılmamış mühitdə bu cür fon rənginə sahib Whatsapp-dan istifadə etmək daha komfortludur. Whatsapp-ın yeni beta versiyasını Android istifadəçiləri bu linkdən yükləyə bilərlər. Bütün istifadəçilər üçün Dark Mode rejimi bir qədər sonra əlavə ediləcək. Lakin iOS istifadəçiləri üçün sözügedən rejimin nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala