main-post-cover

    Whatsapp-ın beta versiyasında 3 yeni funksiya istifadəyə verilib

    Sosial Media
    09.03.2023
    Farid Pardashunas
        Whatsapp-ın beta versiyasında bir neçə yeni funksiya aşkar edilib. Onlar messencerin stabil versiyasında istifadəyə verilmədən öncə onun beta versiyasında test mərhələsindən keçirlər. Məlumatda qeyd edilib ki, messencerin beta versiyasına 3 yeni funksiya istifadəyə verilib. Birinci funksiya Expiring Groups adını əldə edib və o, qrup çatlarını əhatə edir. Belə ki, bu funksiya vasitəsilə istifadəçi bu və ya digər qrup çatında mövcud olma müddətini təyin edə biləcək. Təyin edilmiş müddət bitdikdən sonra istifadəçi avtomatik olaraq qrup çatından çıxarılacaq. Messencerdə reallaşdırılacaq ikinci yenilik mətnlərin redaktoru ilə bağlıdır.
        Belə ki, messencer istifadəçilərə yeni şriftlər və o cümlədən fotoların redaktə olunması üçün nəzərdə tutulmuş alətləri təklif edəcək. Təqdim edilmiş screenchot fotolardan birində mətnin tarazlaşdırılması funksiyasını və arxa fon rənginin dəyişdirilməsi imkanını görmək olar. Üçüncü yenilik tanınmayan nömrələrdən daxil olan zənglər ilə bağlıdır. Messencerin yeni versiyasında həmin zəngləri səssiz rejimə keçirtmək imkanı istifadəyə veriləcək. Bunun sayəsində istifadəçilər öz diqqətlərini spam zənglərə ayırmayacaqlar. Bununla belə tanınmayan nömrələrdən daxil olan zənglər messencer daxilindəki zənglər tarixçəsində olduğu kimi qeyd ediləcəklər. Bu funksiyaların messencerin stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər