main-post-cover

    Whatsapp-ın Android versiyasına yeni təhlükəsizlik funksiyası əlavə ediləcək

    Sosial Media
    23.10.2020
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Facebook şirkəti Whatsapp messencerinə barmaq izi skanı ilə daxil olmaq funksiyasını reallaşdırmışdı. İndi isə şirkət messencerə Face Unlock vasitəsilə daxil olma üzərində çalışır. Bu barədə WABetaInfo saytı xəbər verib. Mütəxəssislər Whatsapp-ın Android üçün nəzərdə tutulmuş yeni beta versiyasını araşdıraraq onda yeni funksiya aşkar ediblər.
        Belə ki, messencerin təhlükəsizlik hissəsində barmaq izi vasitəsilə daxil olma yerinə biometrik üsul vasitəsilə daxil olma bölməsi yaradılıb. Bu isə o deməkdir ki, messencerə həmçinin Face Unlock vasitəsilə də daxil olmaq mümkün olacaq. Bu yeni funksiya əsasən barmaq izi skanı texnologiyası əvəzinə Face ID texnologiyasına sahib smartfonlar üçün çox aktualdir. Çox güman ki, bu yeni funksiya Android BiometricPrompt API vasitəsilə çalışacaq. Sözügedən yeni funksiyanın stabil Whatsapp versiyasına nə zaman əlavə ediləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər