main-post-cover

    Whatsapp-ın Android planşetlər üçün olan versiyasında iki panel interfeysi istifadəyə veriləcək

    Sosial Media
    06.03.2023
    Farid Pardashunas
        Meta şirkəti Whatsapp-ın Android planşetlər üçün nəzərdə tutulmuş versiyasında yeni funksiyanın istifadəyə verilməsinə hazırlaşır. Söhbət, messencer daxilində iki paneldən ibarət yeni interfeysdən gedir. Sözügedən funksiya messencerin Android planşetlər üçün nəzərdə tutulmuş son beta versiyasında aşkar edilib. Bu funksiya sayəsində planşetlərdə messencerdən istifadə prosesi daha rahat olacaq. Sözügedən funksiya çərçivəsində planşet ekranında iki pəncərə əks olunacaq. Pəncərələrin birində çat siyahısı, digərində isə aktiv yazışma pəncərəsi əks olunacaq. Gözləntilərə əsasən bu yeni funksiya bir neçə ay ərzində test rejimində çalışacaq. Çox güman ki, Android planşet istifadəçilərində yeni funksiya yay fəslində istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər