main-post-cover

    Whatsapp-dakı səsli mesajları göndərməmişdən öncə onlara qulaq asmaq mümkün olacaq

    Sosial Media
    15.12.2021
    Farid Pardashunas
        Whatsapp tərtibatçıları yaxın zamanda messencerin yeni versiyasının istifadəyə veriləcəyini elan ediblər. İstifadəyə veriləcək yeni versiyanın əsas yeniliklərindən biri də səsli mesajlar funksiyasının genişləndirilmiş imkanı olacaq. Belə ki, səsli mesajın yazılması üçün nəzərdə tutulmuş daha rahat interfeysdən əlavə olaraq istifadəçilər səsli mesajı göndərməmişdən öncə ona qulaq asmaq imkanını da əldə edəcəklər. Qeyd etmək lazımdır ki, messencerin səsli mesajlar funksiyasının imkanları əvvəllər də genişləndirilib.
        Belə ki, səsli mesajlara artıq sürətləndirilmiş şəkildə qulaq asmaq və bundan əlavə olaraq müvafiq düyməni yuxarı sürüşdürməklə onları rahat şəkildə yazmaq mümkündür. Yaxın zamanda isə istifadəçilər səsli mesajı göndərməmişdən öncə ona qulaq asmaq imkanını əldə edəcəklər. Səsli mesajı göndərməmişdən öncə ona qulaq asmaq üçün sadəcə olaraq yazılmış səsli mesajın yanındakı müvafiq düyməyə klikləmək lazım gələcək. Qeyd etmək lazımdır ki, sözügedən funksiya messencerin həm desktop versiyasında həm də Android iOS versiyalarında istifadəyə veriləcək. Hal hazırda bu funksiya tədricən istifadəyə verilir və yaxın zamanda artıq hamı üçün aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər