main-post-cover

    Whatsapp-dakı mesajların hamı üçün silinmələri üzrə olan zaman limiti yüksəldiləcək

    Sosial Media
    02.11.2021
    Emil Nəcəfov
        Ortaya çıxmış məlumata əsasən Whatsapp qrup və özəl çatlarda mesajların hamı üçün silinmələri üzrə nəzərdə tutulmuş zaman limitini yüksəltməyi planlaşdırır. Nəticədə hətta ən köhnə mesajları da hamı üçün silmək mümkün olacaq. Whatsapp-da mesajların silinmələri funksiyası 2017-ci ildə istifadəyə verilmişdi. İlk əvvəllər mesajların hamı üçün silinmələrinə 7 dəqiqə vaxt verilirdi. Daha sonra isə bu limit 1 saat 13 dəqiqəyə yüksəldilmişdi. Ortaya çıxmıış yeni məlumata əsasən Whatsapp-ın Android üçün olan 2.21.23.1 nömrəli beta versiyasında mesajların hamı üçün silinmələri üzrə zaman limiti sonsuzluğa kimi yüksəldilib. Sözügedən funksiyanın hələ hazırlanma mərhələsində olduğu üçün onun beta test istifadəçilərinə nə zaman təqdim ediləcəyi barəsində məlumat yoxdur. Bununla da yeni imkanın adi istifadəçilər tərəfindən nə zaman istifadə ediləcəyi də bilinmir.
    Linki kopyala