main-post-cover

    Whatsapp-dakı çatlarda sorğuların keçirilməsi funksiyası hamı üçün istifadəyə verilib

    Sosial Media
    21.11.2022
    Farid Pardashunas
        Whatsapp-dakı çatlarda sorğuların keçirilməsi funksiyası istifadəyə verilib. Qeyd etmək lazımdır ki, daha öncə sözügedən funksiya messencerin yalnız beta versiyasında aktiv idi. İndi isə sorğuların keçirilməsi funksiyası Whatsapp-ın Android iOS üçün nəzərdə tutulmuş stabil versiyalarında hamı üçün istifadəyə verilib. Məlumatda qeyd edilib ki, sorğuları həm özəl həm də qrup çatlarında yaratmaq olar. Yaradılmış sorğuda isə maksimum 12, minimum isə isə 2 cavab variantı ola bilər. Sorğuda iştirak edəcək istifadəçi öz istəyinə uyğun olaraq bir və ya bir neçə cavab variantını seçə bilər.
        İstifadəçi bir variantı seçəndən sonra sorğunun başa çatmasından öncə digər variantı seçmək imkanına sahibdir. Beləliklə çatlarda sorğular keçirtmək üçün istifadəçi faylların göndərilməsi düyməsinə klikləməlidir. Düyməni klikləyəndən sonra variantlar arasında sorğu bölməsi ortaya çıxacaq. Sorğu bölməsini seçəndən sonra istifadəçi sorğuda olacaq sualı və ona lazım olan cavab variantlarını qeyd etməlidir. Bunları edəndən sonra isə sorğunu paylaşmaq mümkün olacaq. Əgər sözügedən funksiya sizdə hələ yoxdursa, messenceri yeniləmək lazım gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər