Whatsapp-da Telegram-dakı kanalların analoqu istifadəyə verilib

Whatsapp-da Telegram-dakı kanalların analoqu istifadəyə verilib

Sosial Media
08.06.2023 PAYLAŞIM

    Whatsapp rəsmiləri messencerdə yeni funksiyanın istifadəyə verildiyini elan ediblər. Söhbət, kanallardan (Channels) gedir. Verilmiş məlumata əsasən Whatsapp daxilində istifadəyə verilmiş kanallar vacib xəbərləri izləmək üçün rahat, etibarlı və konfidensial üsuldur. Bu bir növ Telegram-dakı kanalları xatırladır. Kanalların adminləri öz kanallarında foto, video, stikerlər və sorğular da daxil olmaqla müxtəlif növ kontenti bölüşə biləcəklər. Kanallara abunə olmuş istifadəçilər isə paylaşılan kontentləri yalnız izləyə biləcəklər. Onlar abunə olduqları kanallarda paylaşım etmə imkanına sahib olmayacaqlar.


    İstifadəçilərin abunə olacaqları kanallar çatlardan ayrıca yerləşəcəklər. Messencer daxilində yerli dövlət orqanlarından xəbərlərə, idman kontentlərinə, əyləncəyə və s. mövzulara aid kanallardan ibarət kataloq yaradılıb. İstifadəçi lazımi kanalı kataloqda axtara və ya istədiyi kanala dəvət vasitəsilə abunə ola bilər. Whatsapp tərtibatçıları kanallardakı konfidensiallığa ciddi şəkildə diqqət ayırıblar. Belə ki, bu və ya digər kanal admininin fotosu ilə telefon nömrəsi abunəçilərə görünməyəcək. Abunəçilərin telefon nömrələri də kanallar çərçivəsində hamıdan gizli qalacaq. Bundan əlavə olaraq istifadəçilərin hansı kanallara abunə olduqları da bilinməyəcək.

    Bu və ya digər kanalda edilmiş paylaşımın tarixçəsi 30 gündən çox saxlanmayacaq. Kanalların adminləri istifadəçilərin kanallardakı paylaşımlara baxdıqları zaman onların screenshot fotolarını çəkməyi və paylaşımların digərlərinə göndərilməsini qadağan edə biləcəklər. Bununla yanaşı adminlər öz kanallarına konkret olaraq kimlərin abunə ola biləcəklərini də təyin edə və öz kanallarını axtarış nəticələrində gizlədə biləcəklər. Bu yeni funksiya ilk növbədə dünyanın aparıcı kütləvi informasiya vasitələri və Kolumbiya ilə Sinqapurdakı bəzi dövlət təşkilatları üçün istifadəyə verilib. Lakin yaxın aylar ərzində kanallar hamı üçün aktivləşəcək və istənilən istifadəçi öz kanalını yarada biləcək.



DAHA ÇOX


Whatsapp yaxın zamanda bəzi köhnə smartfonlarda artıq çalışmayacaq

Whatsapp yaxın zamanda köhnə Android dəstəkli smartfonlarda artıq çalışmayacaq.


Whatsapp Business üçün iki yeni funksiya anons edilib

Whatsapp şirkətlərə və onların müştərilərinə bəzi prosesləri daha sürətli şəkildə yerinə yetirməyə i..


Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə ve..

Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün bir n..


Kontent yaradıcıları üçün Youtube Create tətbiqi təqdim edilib

Youtube tərtibatçıları Youtube Create adlı yeni tətbiqi təqdim ediblər.


Süni zəka vasitəsilə tərtib edilmiş kontentlər TikTok-da xüsusi olaraq işarələnə..

TikTok video müəlliflərə fərdi kontentlərinin süni zəka tərəfindən tərtib edildiyini qeyd etməkdə ya..


Whatsapp-ın iPad planşetləri üçün tətbiqinin beta versiyası istifadəyə verilib..

Whatsapp tərtibatçıları messencerin iPad planşetləri üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyası..

×