Whatsapp-da statuslara emojilər ilə reaksiya bildirmək funksiyası istifadəyə veriləcək
Sosial Media
02.05.2022
Emil Nəcəfov
Görünür, Whatsapp bütün platformasını emoji reaksiyalar ilə təmin etməyi planlaşdırır. Hələ bir neçə müddət bundan öncə messencerdəki çatlar daxilində digər istifadəçilərin mesajlarına emojilər vasitəsilə reaksiyalar bildirmək imkanı reallaşdırılmışdı. İndi isə eyni funksiya Whatsapp statusları üçün istifadəyə veriləcək. WABetaInfo saytının verdiyi məlumata əsasən statuslara sürətli reaksiyaların bildirilməsi funksiyası Whatsapp-ın yaxın zamanda təqdim ediləcək yenilənməsində istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya həmçinin Instagram-dakı Stories paylaşımları üçün də reallaşdırılıb.
Gözləntilərə əsasən messencer daxilindəki status paylaşımları üçün 8 emoji reaksiyası istifadəyə veriləcək. Məlumata əsasən status paylaşımına edilən reaksiya emoji şəklində həmin şəxsə mesaj kimi göndəriləcək. Lakin heç istisna deyil ki, bunun üçün tamamilə fərqli üsul reallaşdırılsın. Qeyd etmək lazımdır ki, yaxın zamanda Whatsapp-da digər yeniliklər də gözlənilir. Onlardan ən əsası isə bir istifadəçi hesabının 2 fərqli smartfonda istifadəsidir. Sözügedən funksiya barəsində məlumat bir neçə gün bundan öncə ortaya çıxmışdı. Gözləntilərə əsasən həmin funksiya yaxın zamanda messencerin beta versiyasında və daha sonra stabil versiyasında istifadəyə veriləcək.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!