WhatsApp-da olan boşluq, başqalarını izləməyə imkan verir

TEXNOLOGİYA


10.10.2017 0 PAYLAŞIM 1249 OXUNMA


Əgər sizin gizlətməli nəyinizsə varsa, onda WhatsApp, yazışmalar üçün güvənli yer deyil.

Məlum olub ki, “Facebook”un sahib olduğu messencer, vacib sistem boşluğuna sahibdir. Həmin sistem boşluğu vasitəsilə sizin WhatsApp-dakı profilinizi izləyə bilərlər. Sözügedən sistem boşluğu sayəsində sizin nə zaman online olduğunuzu, kiminlə ünsiyyət qurduğunuzu öyrənmək olar. Bununla belə, online status funksiyasının deaktiv olunması halında belə, sözügedən məlumatları əldə etmək mümkün olur.

Əsasən də qorxulu olan fakt ondan ibarətdir ki, noutbooka və texnologiyalardan səthi anlayışa sahib olan istənilən şəxs, bu məlumatları əldə edə bilər. Problem, WhatsApp-ın online statusları ilə bağlıdır. Bu problem, istifadəçinin, WhatsApp-dan hər dəfə istifadəsi zamanı daim onu izləməyə imkan verir. Siz heç cürə 3-cü şəxslərə, sizi izləmələrinin qarşısını ala bilmərsiniz. Sizin, messencerdən necə aktiv istifadə etdiyinizi göstərən online statuslar funksiyasını isə heç cür deaktiv etmək olmur.


Təhlükəsizlik üzrə mütəxəssislərdən biri həmçinin bu problem əsasında hətta Chrome brauzeri üçün xüsusi əlavə də hazırlayıb. Həmin əlavə sayəsində insanlar, WhatsApp istifadəçilərinin online aktivliklərini təyin edə və izləyə bilərlər. Əldə olunmuş məlumatlar əsasında isə sizin, necə vaxt keçirtdiyinizi 3-cü şəxslərə ötürmək olar. Belə ki, müxtəlif istifadəçilıərin statistikalarını incələyib müqayisə edən zaman, çox maraqlı mənzərə yaranır.

Məsələn əgər istifadəçilər arasında online statusu üst-üstə düşən zaman, konkret şəxsin kiminlə ünsiyyətdə olmasını bilmək olar. Təsəvvür edək ki, hansısa şəxs, digərinə ismarıc göndərib. Tətbiq vasitəsilə həmin anda, qəbul olunmuş ismarıca cavab vermək üçün messencerə daxil olan şəxsi təyin etmək olur. Beləliklə müəyyən şəxsin kiminlə ünsiyyətdə olduğunu öyrənmək mümkündür. Bununla yanaşı bütün bu məlumatlar yığılaraq reklam məqsədilə kənar şirkətlərə satıla bilər.