main-post-cover

    Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq

    Sosial Media
    06.04.2021
    Emil Nəcəfov
        Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində iPhone istifadəçiləri Android smartfona keçid edən zaman öz yazışmalarını bərpa edə biləcəklər. Bu barədə WABetaInfo saytı xəbər verib. Məlumata əsasən söhbət, çatların, mesajların, faylların, çat siyahısının və qrupların bir platformadan digərinə köçürülməsindən gedir. Hal hazırda bu cür imkanı yalnız kənar proqram təminatları vasitəsilə reallaşdırmaq mümkündür.
        Məsələ burasındadır ki, iOS-də istifadəçi məlumatlarının ehtiyat kopyası iCloud bulud servisində saxlanılır. Android cihazlarda isə bu rolu Google Drive servisi oynayır. Məlumata əsasən Whatsapp tərtibatçıları kənar proqram təminatlarından istifadə etməyərək müxtəlif platformalar və cihazlar arasında çatların tarixçələrinin sinxronlaşdırılması imkanını nəzərdən keçirdirlər. Bu yeni funksiyanın hansı mexanizm ilə çalışacağı məlum deyil. Lakin gözləntilərə əsasən o artıq yaxın zamanda reallaşdırılacaq.
    Linki kopyala