Whatsapp-da istifadəyə veriləcək yeniliklər barəsində məlumatlar təqdim edilib

Whatsapp-da istifadəyə veriləcək yeniliklər barəsində məlumatlar təqdim edilib

Sosial Media
24.12.2021 PAYLAŞIM

    WABetaInfo saytı Whatsapp-ın mobil versiyası üçün hazırlanan yeniliklər barəsində məlumat verib. Beləliklə verilmiş məlumata əsasən messencerin mobil versiyasında dəyişikliklər audiozənglərin interfeysini və qrup çatlarını əhatə edəcəklər. Belə ki, qrup çatları Facebook-da mövcud olan funksiyalardan birini əldə edəcəklər. Məlumata əsasən Whatsapp-dakı audiozəngləri əhatə edən ekran interfeysi smartfon ekranını daha səmərəli şəkildə istifadə edəcək. Sözügedən interfeysin aşağı hissəsindəki düymələrdə bir dəyişiklik olmayacaq. Bununla belə zəng edilən istifadəçinin adı, telefon nömrəsi və zəngin davamlılıq müddəti ekranın yuxarı hissəsində bir qədər mərkəzdə yerləşəcəklər.


    Həmçinin sözügedən göstəricilər ağ şrift ilə deyil, yaşıl şrift ilə əks olunacaqlar. Messencerin qrup çatlarında mesajlara Facebook-dakı kimi reaksiyalar bildirmək mümkün olacaq.  Bununla yanaşı qrup çatlarının adminləri ayrı-ayrı mesajları silmək imkanına sahib olacaqlar. Silinmiş bu cür mesajların yerlərində müvafiq bildiriş əks olunacaq. Təqdim edilmiş screenshotlar iPhone modelində çəkilib. Lakin məlumatda qeyd edilib ki, sözügedən funksiyalar həmçinin messencerin Android versiyasında da istifadəyə veriləcək. Bu yeniliklərə sahib Whatsapp versiyasının bir neçə həftə və ya ay ərzində istifadəyə veriləcəyi gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

Instagram öz brendinin böyük yenilənməsini anons edib.


Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandır..

Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın ..


Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks e..

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur.


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..


Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni ..

Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat o..

×