main-post-cover

    Whatsapp-da fake mesajların yoxlanması imkanı yaradılıb: Yeni funksiya necə çalışır?

    Sosial Media
    04.08.2020
    Emil Nəcəfov
        Son yenilənmə ilə Whatsapp messenceri bəzi regionlar üçün daha bir faydalı funksiya əldə edib. Bu funksiya daha çox insanın olduğu çatlarda iştirak edən istifadəçilər üçün faydalı olacaq. Belə ki, bu cür çatlarda paylaşılan məlumatların çox zaman doğru olub-olmaması bilinmir. Həmin məlumatlar ya viruslu linklər ya da fake xəbərlər ola bilərlər. Bu barədə XDA-Developers saytı xəbər vrib.
        Beləliklə bundan sonra sözügedən messencerdə təkrar göndərilmiş mesajın yanında xüsusi ikon əks olunacaq. Həmin ikona klik etməklə mesajın mətnini Google-da axtarışa vermək mümkün olacaq. Bu isə öz növbəsində mesajdakı məlumatın mənbəyini və həmin məlumatın aktuallığını təyin etməyə imkan verəcək.
        Mesajdakı məlumatın Google axtarışı brauzerdə reallaşdırılacaq. Bununla belə çatdakı end-to-end şifrələnməsi olduğu kimi qalcaq. Məlumata əsasən bu yeni funksiya artıq ABŞ. Braziliya, İtaliya, İrlandiya, Meksika, İspaniya və Britaniyadakı Android / iOS  istifadəçiləri üçün aktivdir. Yeni funksiya həmçinin messencerin PC versiyası üçün də aktivləşdirilib. Sözügedən funksiyanın digər regionlarda nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib.
    Linki kopyala