Reklam
Whatsapp-da çatları iOS-dən Android-ə və ya əksinə köçürtməyə imkan verən funksiya istifadəyə verilib

Whatsapp-da çatları iOS-dən Android-ə və ya əksinə köçürtməyə imkan verən funksiya istifadəyə verilib

Sosial Media
22.07.2022 PAYLAŞIM

    Whatsapp-dakı çatların iOS-dən Android-ə və ya Android-dən iOS-ə köçürülməsi prosesi həmişə müxtəlif çətinliklərlə müşaiyət edilib. Bunun üçün istifadəçilər lazımi proqram təminatının axtarılması ilə quraşdırılmasını reallaşdırmalı olurdular. Lakin son zamanlarda Whatsapp tərtibatçıları bu problemi aradan qaldırmaq üçün həll üsullarını axtarırdılar. Bunun üçün onlar messencerdəki çatların platformalar arası köçürülməsi funksiyasını test edirdilər. Messencerdəki çatların bir platformadan digər platformaya köçürülməsi yolunda ortaya çıxan əsas problemlərdən biri də o idi ki, Whatsapp hər bir əməliyyat sisteminin fərdi ehtiyat kopyalama servisindən istifadə edir. Belə ki, iOS-də iCloud-dan, Android-də isə Google Drive-dan istifadə edilir. Buna görə də çatların bir platformadan digərinə köçürülməsi çətin bir proses halına gəlirdi.


    Nəticədə istifadəçilər kənar proqram təminatlarından istifadə etməli olurdular. Uzun müddət ərzində keçirilmiş testlərdən sonra messencerdə sonunda iki platforma arasında məlumatların köçürülməsi funksiyası istifadəyə verilib. Bunun üçün cihazlar messencer tərəfindən təyin edilmiş müəyyən tələblərə uyğun olmalıdırlar. Həmin tələblərə bu linkdən nəzər yetirmək olar. Beləliklə həm köhnə həm də yeni smartfonda eyni telefon nömrəsi istifadə edilməlidir. Android-dən iOS-ə keçid zamanı iPhone modeli yeni olmalı və ya messencerin “Porting to iOS” rejimi ilə uyğunlaşması üçün smartfonun ayarları sıfırlanmalıdır. Bundan əlavə olaraq köçürülmə zamanı yalnız özəl mesajları köçürtmək mümkündür. Messencer üzərindən edilmiş zənglərin tarixçələrini və ya P2P ödənişlərin mesajlarını köçürtmək mümkün olmayacaq. Bu funksiya bir platformadan digərinə keçid etmək istəyən istifadəçilər üçün çox faydalı olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram Explorer bölməsində və istifadəçilərin hesablarında reklam elanları sə..

Verilmiş məlumata əsasən yaxın zamanda istifadəçilər Instagram ilə qarşılıqlı əlaqədə olan zaman dah..


Youtube-da 4K videoların izlənmə imkanı yalnız Youtube Premium istifadəçiləri üç..

Youtube Premium-a sahib olmayan istifadəçilər videoplatformada videoların izlənməsi zamanı əlavə ola..


Instagram öz istifadəçilərini mesajlardakı çılpaq kontentlərdən qoruyacaq..

Instagram istifadəçiləri mesajlarda arzuolunmaz çılpaq fotolardan qoruyacaq yeni mexanizm üzərində ç..


Youtube kontent müəlliflərinə lisenziya olunmuş mahnılardan istifadə etməyə imka..

Made on Youtube tədbiri çərçivəsində videoservis Creator Music adlı proqramı anons edib.


Mozilla: 'Youtube-un məsləhət məqsədli alqoritmləri heç də düzgün şəkildə çalışm..

Firefox brauzeri ilə tanınan Mozilla şirkətinin aparmış olduğu irimiqyaslı tədqiqata əsasən Youtube-..

×