main-post-cover

    Whatsapp Business'ə yeni faydalı funksiya əlavə edilib

    Sosial Media
    08.11.2019
    Farid Pardashunas
        Whatsapp Business tətbiqi messencerlər bazarının artıq kiçik bir hissəsini özünə cəlb edib. Facebook şirkətinin verdiyi məlumata əsasən bu tətbiq artıq 5 milyon korporativ müştəriyə sahibdir. Bir neçə müddət bundan öncə tərtibatçılar Whatsapp Business-ə faydalı bir funksiya əlavə etdilər. Söhbət, kataloqlar adlı funksiyadan gedir. Bu barədə Techcrunch saytı xəbər verib. Beləliklə kataloqlar funksiyası nədir?
        Kataloqlar bir növ messencer daxilindəki məhsul vitrinlərini xatırladır. Belə ki, bu funksiya vasitəsilə satıcılar hansısa bir məhsulun fotosunu, qiymətini və məhsul barəsində məlumatı əks etdirən kartları messencer daxilinə əlavə edə bilirlər. Kataloqdan olan bu kartları satıcı həmçinin özəl mesaj vasitəsilə müştəriyə də göndərə bilir. Bu halda müştəri ilə satıcı arasındakı qarşılıqlı əlaqə daha da rahat olur.
        Alıcı hansısa məhsul barəsində sual verə, satıcı isə alıcını maraqlandıran hansısa digər bir məhsulu rahat şəkildə təqdim edə bilər. Sözügedən yeni funksiya artıq tətbiqin Android iOS versiyasına əlavə edilib. Kataloqlar funksiyası ilk öncə Braziliya, Almaniya, Hindistan, İndoneziya, Meksika, ABŞ və İngiltərə istifadəçiləri üçün aktivdir. Yeni funksiyanın digər ölkələrin istifadəçiləri üçün nə zaman aktiv ediləcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər