main-post-cover

    Twitter yaxın zamanda müasir messencerlərin vacib funksiyalarından birini əldə edəcək

    Sosial Media
    19.01.2023
    Emil Nəcəfov
        İnsayderlərin verdikləri yeni məlumata əsasən Twitter yaxın zamanda istifadəçilərin bir-biriləri ilə yeni ünsiyyət imkanını əldə edəcək. Söhbət, müasir messencerlərdə olan videozəng funksiyasından gedir. İnsayderlər həmçinin Twitter daxilində reallaşdırılacaq videozəng funksiyasının interfeysinin screenshot fotolarını da təqdim ediblər. Əgər bu fotolar həqiqəti əks etdirirlərsə, deməli yaxın zamanda Twitter istifadəçiləri messencerlərdə olduğu kimi bir-birilərinə videozənglər reallaşdıra biləcəklər.
        Təqdim edilmiş screenshot fotolardan birində kameranın, mikrofonun deaktiv edilməsi və zəngin yekunlaşdırılması düymələrini görmək olar. Bu isə öz növbəsində söhbətin, video çəkiliş ilə bağlı hansısa funksiyanın reallaşdırılmasından deyil, məhz videozəng imkanından getdiyini sübut edir. Qeyd etmək lazımdır ki, Twitter təmsilçiləri sosial şəbəkə daxilində videozəng funksiyasının olacağını hələ anons etməyiblər. Twitter daxilində videozənglər funksiyasının nə zaman istifadəyə veriləcəyi bilinmir. Lakin yaxn zamanda sosial şəbəkədə uzun tweet-lərin paylaşılması funksiyası istifadəyə verilməlidir.
    Linki kopyala