main-post-cover

    Twitter-in yaradıcısı Jack Dorsey özünün Bluesky adlı yeni sosial şəbəkəsini istifadəyə verib

    Sosial Media
    01.03.2023
    Farid Pardashunas
        Twitter-in yaradıcısı və keçmiş CEO-su Jack Dorsey öz yeni sosial şəbəkəsinin tətbiqini App Store-da istifadəyə verib. Onun yeni sosial şəbəkəsi Bluesky adını əldə edib. Tətbiqi App Store-dan hələ ki, sadəcə dəvət vasitəsilə yükləmək mümkündür. İnterfeys baxımından yeni sosial şəbəkə Twitter-i xatırladır. Belə ki, Bluesky-da xronoloji xəbər lenti ilə istifadəçilərin hesablarının dizaynı Twitter-ə bənzəyirlər. Sosial şəbəkənin tərtibatçıları Bluesky-ı Authenticated Transfer Protocol (AT Protocol) adlı açıq mənbəli standart əsasında yaradırlar.
        Jack Dorsey bu yeni sosial şəbəkəsini federativ sosial şəbəkə kimi qələmə verir. Yəni Bluesky mərkəzləşdirilmiş hub-da bir neçə platformanın birləşməsi olmalıdır. AT Protocol 4 tezisə əsaslanır. İstifadəçi hesablarının köçürülməsi imkanı, vahid alqoritm, performanslıq və qarşılıqlı əlaqə imkanları. Sosial şəbəkənin arxitekturası istifadəçi hesablarının məlumatlarının Bluesky fraqmantləri arasında mübadiləsini aparmağa imkan verir və hər bir istifadəçinin gördüyü kontent üzərində idarəetməni təmin edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər