Twitter Fleets: Twitter istifadəçiləri üçün Instagram Stories analoqu istifadəyə verilib

Twitter Fleets: Twitter istifadəçiləri üçün Instagram Stories analoqu istifadəyə verilib

Sosial Media
18.11.2020 PAYLAŞIM

    Twitter sosial şəbəkəsi özünün Instagram-dakı Stories analoqunu işə salıb. Söhbət, Fleets adlı bölmədən gedir. Beləliklə istifadəçilər Fleets-də mətnlər, fotolar və videolar paylaşa bilərlər. Yaxın gələcəkdə həmçinin Fleets-ə stikerlər ilə canlı yayımların da əlavə ediləcəyi bildirilib. Fleets vasitəsilə istifadəçilər öz təsadüfi fikirlərini və hislərini ifadə edə bilərlər. Hansısa istifadəçinin paylaşdığı Fleets-ə smaylik və ya özəl mesaj vasitəsilə cavab vermək olar. Lakin paylaşılmış Fleets-i bəyənmək və ya retweet etmək olmaz.


    Instagram-dakı Stories paylaşımları kimi Fleets-lər də 24 saat keçdikdən sonra avtomatik silinirlər. Qeyd etmək lazımdır ki, yeni funksiya bu ilin yaz fəslindən başlayaraq Braziliyada test olunurdu. Daha sonra Hindistan, İtaliya və digər regionlardan olan istifadəçilər də bu funksiyanın testinə qoşuldular. Nəticədə istifadəçilər Twitter-ə daha çox daxil olmağa başladılar. Fleets funksiyası yaxın zamanda bütün Android iOS istifadəçiləri üçün aktivləşdiriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube-dakı videokontent yaradıcılarına kömək üçün Google şirkəti yeni süni zək..

Bir neçə ay bundan öncə Google şirkəti Youtube videoservisinə çox faydalı bir funksiya əlavə etmişdi..


İstifadəçi baxmayacaq amma dinləyəcək: Youtube-da yeni reklam formatı istifadəyə..

Youtube videoservisindəki reklam elanları artıq hamıya məlumdur. Təbii ki, istifadəçi öz istəyinə uy..


Whatsapp-ın yeni versiyası mesajların bildirişləri ilə bağlı qıcıqlandırıcı prob..

Messencerlərin bütün rahatlıqlarına baxmayaraq gün ərzində mesajlar barəsində olan daimi bildirişlər..


Instagram-ın ana səhifəsində dizayn dəyişikliyi və iki yeni funksiya: Yeniliklər..

Instagram son bir neçə il ərzində ilk dəfə öz tətbiqinin dizaynında dəyişikliklər edib. Edilmiş dəyi..


Çatdakı mesajların fərdi silinməsinə son: Whatsapp-a çoxdan gözlənilən funksiya ..

Çox zaman istifadəçilər messencerlərdəki çatlarda göndərdikləri vacib olmayan mesajları fərdi şəkild..


Despacito ikinci yerdə: Youtube-da ən çox baxış sayına sahib videonun adı açıqla..

Məşhur Youtube videoservisi ən çox baxılan videoların yenilənmiş reytinqini təqdim edib.

×