main-post-cover

    Twitter-dəki mesajlar üçün end-to-end şifrələnmə funksiyası hazırlanır

    Sosial Media
    16.11.2022
    Emil Nəcəfov
        Məlum olub ki, Twitter istifadəçilərin bir-birilərinə göndərdikləri mesajlar daxilində end-to-end şifrələnmə funksiyası üzərində çalışır. Bu barədə məlumatı tətbiqlər üzrə tədqiqatçı olan Jane Manchun Wong öz Twitter hesabında təqdim edib. “Twitter-in Android versiyası üçün mesajların end-to-end şifrələnməsi funksiyasının hazırlandığına dair işarələr görürəm” - deyə Wong öz Twitter hesabında qeyd edib. Sözügedən tweet-in paylaşılmasından bir neçə müddət sonra isə Elon Musk ona cavab olaraq göz vurmaq smayliki göndərib. Bu isə o deməkdir ki, Twitter-dəki mesajlar daxilində həqiqətən də end-to-end şifrələnmə funksiyası hazırlanır.
        Sözügedən funksiyanın istifadəyə verilməsi öz növbəsində Twitter-i istifadəçilər üçün daha cəlbedici hala salacaq və sosial şəbəkəni Signal Whatsapp kimi messencerlər ilə bir sıraya daxil edəcək. İstifadəçilər əmin olacaqlar ki, üçüncü tərəflər onların danışıqlarını izləməyəcəklər və mesajlar birbaşa cihaz daxilində şifrələnəcəklər. Qeyd etmək lazımdır ki, Twitter-də end-to-end şifrələnmə funksiyasının reallaşdırılması barəsində məlumatlar hələ bir neçə il bundan öncə ortaya çıxmışdı. Görünür, Musk-ın rəhbərliyi altında bu funksiya daha tez istifadəyə veriləcək.
    Linki kopyala