main-post-cover

    Twitter Blue yenidən təxirə salınıb: Səbəb Apple ilə bağlıdır

    Sosial Media
    01.12.2022
    Emil Nəcəfov
        Aylıq ödənişli Twitter Blue abunəliyi hələ də istifadəyə verilməyib və onun istifadəyə verilməsi növbəti dəfə təxirə salınıb. Belə ki, Elon Musk-ın bu cür qərarı verməsi üçün tutarlı səbəbi var. 29 noyabr tarixində Twitter Blue yenidən istifadəyə verilməli idi. Lakin Musk sözügedən abunəliyi istifadəyə verməyə tələsmir. Əsas səbəb isə onun Twitter gəlirlərini Apple ilə bölüşmək istəməməsindədir. Noyabr ayının əvvəlində Twitter Blue abunəliyinin beta versiyası yalnız iOS istifadəçiləri üçün aktiv idi. Lakin nəticədə iOS istifadəçiləri ümumiyyətlə sözügedən abunəliyin əldə edilməsi imkanından məhrum ola bilərlər.
        Səbəb isə Musk-ın Twitter Blue gəlirlərinin 1/3 hissəsini Apple şirkətinə ödəmək istəməməsindədir. Qeyd etmək lazımdır ki, App Store daxilindəki tətbiqlər üzərindən edilmiş hər bir tranzaksiyanın 30%-lik komissiyası məhz Apple şirkətinə çatır. Abunəliyi App Store-dan yan keçməklə əldə etmək mümkün olmayacaq. Hal hazırda sadəcə olaraq bu problemin necə həll olunacağını gözləmək lazımdır. Twitter-in App Store-dan silinməsi təhlükəsi isə deyəsən öz həllini tapıb. Musk-ın verdiyi məlumata əsasən o, Apple CEO-su Tim Cook ilə görüşüb və bu məsələ ilə bağlı olmuş bütün anlaşılmazlıqlar aradan qaldırılıb.
    Linki kopyala