main-post-cover

    Tumblr servisi istifadəçilərə 8$ qiymətinə iki ədəd göy rəngli ikon almağı təklif edib

    Sosial Media
    11.11.2022
    Emil Nəcəfov
        Mikrobloq servisi olan Tumblr istifadəçilərə göy rəngli iki vacib ikonu 8$-a almağı təklif edib. Həmin ikonlar istifadəçilərin adlarının yanında əks olunacaqlar. Qeyd etmək lazımdır ki, Twitter Blue abunəliyinin qiyməti aylıq 8$ təşkil edir və bu halda Twitter istifadəçiləri öz hesablarını təsdiqləmiş olurlar. Görünür, Tumblr Twitter-i bir qədər trolluyub. Tumblr öz təklifində qeyd edib ki, bu qiymət göstəricisi digər yerlərdə olan qiymət göstəricisindən daha sərfəlidir. Belə ki, Tumblr-da siz 8$ ödəməklə öz bloqunuz üçün 2 ədəd göy rəngli ikon əldə edirsiniz. Bununla yanaşı Tumblr-da qeyd edilib ki, bu, təsdiqləmə ikonu deyil və o, istənilən an balqabaq ikonuna çevrilə bilər.
    Linki kopyala