main-post-cover

    TikTok öz çat-botunu test etməyə başlayıb

    Sosial Media
    25.05.2023
    Farid Pardashunas
        TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb. Çat-botla qarşılıqlı əlaqəni işə salacaq düymə TikTok interfeysinin sağ hissəsində istifadəçi hesabının yuxarısında yerləşəcək. İstifadəçilər Tako-ya videolar ilə bağlı suallar verə və ya məsləhətlər ala bilərlər. Məsələn TikTok-da kral Çarlz-ın tacqoyma mərasimi ilə bağlı videoya baxan zaman istifadəçi Tako-dan bu mərasimin nə mənaya gəldiyini soruşa bilər. Tako isə öz növbəsində istifadəçiyə mərasim ilə bağlı qısa tarixi məlumatı təqdim edəcək.
        İstifadəçi həmçinin Tako-dan müəyyən mövzuda videoların təqdim edilməsini də istəyə bilər. Bu halda çat-bot istifadəçi tərəfindən tələb edilən mövzu barəsində videoların və onların müəlliflərinin siyahısını təqdim edəcək. Tako adlı çat-bot hələ ki, test rejimində çalışır və yalnız Filippindəki istifadəçilər üçün aktivləşdirilib. Qeyd etmək lazımdır ki, sözügedən çat-bot 18 yaşına çatmamış TikTok istifadəçilərinin hesablarında aktiv olmayacaq. Məlumata əsasən sözügedən çat-botu TikTok üçün kənar tərtibatçı yaradıb. Yəni onun yaradılmasında nə TikTok-un özü nə də onun sahibi olan ByteDance şirkəti iştirak etməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər