main-post-cover

    TikTok ilk dəfə olaraq öz qlobal statistikasını təqdim edib

    Sosial Media
    26.08.2020
    Emil Nəcəfov
        ByteDance şirkətinə məxsus olan TikTok servisi ilk dəfə olaraq öz qlobal statistikasını təqdim edib. Təqdim olunmuş statistika bütün dünya üzrə servis istifadəçilərinin sayını, onların aktivliklərini və tam yekunlaşmamış 2 il ərzində servisin istifadəçi kütləsinin necə artdığını sərgiləyir. Bu barədə CNBC saytı xəbər verib. 2018-ci ilin yanvar ayı ilə müqayisədə TikTok servisinin amerikalı istifadəçilərinin aylıq artım göstəricisi 800% təşkil edib.
        Bununla belə servisdən mütəmadi istifadə edən amerikalıların sayı 100 milyondan çox təşkil edir. Onlardan 50 milyonu hər gün TikTok tətbiqinə daxil olur. Göstəricilərin bu cür yüksəlməsi bütün dünya üzrə də müşahidə olunur. 2018-ci ildə TikTok-un ümumi istifadəçi kütləsi 55 milyon təşkil etmişdi. Həmin ilin sonunda bu göstərici 271 milyon olmuşdu.
        Bu ilin avqust ayına olan göstəriciyə əsasən TikTok 2 milyard dəfə yüklənilib. TikTok analitiklərinin hesablamalarına əsasən servisin aktiv istifadəçi kütləsi bu ilin iyul ayına əsasən 700 milyona yüksəlib. Aktiv istifadəçi sayının və ümumilikdə qlobal statistikanın təqdim olunmasında səbəb sözügedən servisə ABŞ hökuməti tərəfindən olan təzyiqdir.   
    Linki kopyala