TikTok ilə rəqabət aparmaq üçün Youtube platforması özünün qısa videolar servisini işə salacaq
Sosial Media
02.04.2020
Farid Pardashunas
Dünyanın ən çox yüklənən mobil tətbiqi reytinqində TikTok servisi Whatsapp messencerini keçəndən sonra onun məşhurluğu gözdən itmədi. İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti qısa videolar bazarındakı vəziyyəti dəyişmək istəyir. Belə ki, məlumatda qeyd olunub ki, Google şirkəti Youtube əsasında özünün qısa videolar servisini təqdim etməyi planlaşdırır. Bu barədə The Verge saytı xəbər verib.
The Information saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən məşhur Youtube servisinin yeni versiyasında Shorts adlı funksiya olacaq və həmin funksiya qısa videoların yaradılması imkanını təqdim edəcək. Hazırlanmış videolara musiqilərin əlavə olunması üçün isə istifadəçi servisdəki lisenziya olunmuş musiqilərdən və ya digər audiokontentlərdən istifadə edə biləcək.
İnsayderlərin fikirlərinə əsasən bu üsul sayəsində Google şirkəti TikTok servisi ilə rəqabət aparacaq. Qeyd etmək lazımdır ki, TikTok-un bütün dünya üzrə 500 milyondan çox istifadəçisi var. App Annie analitik şirkətinin hesabatına əsasən son 12 ay ərzində TikTok servisi 842 milyon dəfə yüklənib. Keçən ilin oktyabr ayında məlumat ortaya çıxmışdı ki, Google şirkəti TikTok-u almaqda maraqlıdır. Lakin görünür, şirkət nəticədə öz servisini yaratmaq qərarına gəldi. Youtube Shorts-un nə zaman istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)