main-post-cover

    TikTok-da videoların pulla alınması imkanı istifadəyə verilib

    Sosial Media
    08.03.2023
    Emil Nəcəfov
        TikTok kontent yaradıcılarına daha bir monetizasiya üsulunu təqdim edib. Söhbət, ödənişli videolardan gedir. Bundan sonra kontent yaradıcıları bu və ya digər videonu TikTok-a yükləyən zaman onun izlənməsini pul qarşılığında aktivləşdirə bilərlər. Bununla belə pullu videoların xronometrajları daha uzun ola bilər. TikTok bu istiqamətdə Series adlı yeni proqramı anons edib. Bu proqram çərçivəsində kontent yaradıcıları pul qarşılığında əldə edilməsi üçün nəzərdə tutulmuş video kolleksiyalarını təqdim edə bilərlər. Hər bir kolleksiyada 80 ədəd video ola bilər. Kolleksiyaya yüklənən videoların maksimal xronometrajları isə 20 dəqiqə təşkil edə bilər.
        Kolleksiyaya yüklənmiş videolar üçün kontent yaradıcıları 1$-dan 190$-a kimi qiymət göstəricisi təyin edə bilərlər. İstifadəçilər isə bu və ya digər pullu videoya və ya kontent yaradıcısnın səhifəsinə yerləşdirilmiş linkə daxil olaraq videonu ala bilərlər. Kontent yaradıcıları yüklənən videoların TikTok tərəfindən emalına və tətbiq mağazalarının komissiyalarına (Google Play ilə App Store-da olan 30%-lik komissiya) olan xərclərin çıxılmasından sonra yerdə qalan vəsaiti əldə edəcəklər. İstifadəçilər ödəniş müqabilində əldə edilən videoları yalnız TikTok daxilində ala biləcəklər.
        Bununla belə kontent yaradıcıları üçün Series proqramının ayrıca veb saytı mövcud olacaq və kontent yaradıcıları həmin veb saytdan videoların TikTok-a yüklənməsi və yüklənən videoların effektivlərinin izlənməsi üçün istifadə edə biləcəklər. Son aylar ərzində TikTok kontent yaradıcıları üçün müxtəlif növ monetizaisya üsullarını istifadəyə verib. Bunun sayəsində məşhur platforma ABŞ-dakı istifadəçi kütləsini genişləndirməyi və Youtube ilə lazımi səviyyədə rəqabət aparmağı planlaşdırır. Əsas məqsəd kontent yaradıcılarının TikTok-da qalmaları üçün onlara daha çox monetizasiya üsulunun təqdim edilməsindədir. 
    Linki kopyala