Telegram yeni funksiyalar əldə edib

Telegram yeni funksiyalar əldə edib

Sosial Media
09.03.2023 PAYLAŞIM

    Telegram üçün növbəti böyük yenilənmə istifadəyə verilib. İstifadəyə verilmiş yenilənmə sayəsində messencer büdcəli Android smartfonlarda daha yaxşı çalışır. Bununla yanaşı Telegram batareya enerjisinə qənaət rejimini və digər yeni funksiyaları əldə edib. Batareya enerjisinə qənaət rejimi sayəsində Telegram bu və ya digər smartfonun texniki resurslarına daha az tələbkardır. Batareya enerjisinə qənaət etmək üçün istifadəçi ayarlarda messencerdəki animasiyaları, fonda çatların yenilənmələrini, animasiyalı stikerlərin, video faylların və GIF-lərin avtomatik şəkildə işə düşmələrini deaktiv edə bilər.


    Batareya enerjisinə qənaət rejimini fərdi şəkildə aktivləşdirmək və ya batareyadakı enerjinin müəyyən səviyyəyə enməsindən sonra onun avtomatik aktivləşməsi üçün lazımi enerji göstəricisini təyin etmək olar. Telegram-a artıq uzun zamandır ki, videoların, səsli mesajların və audio faylların oxudulma sürətlərini tənzimləmək imkanını verir. Lakin yenilənmiş Telegram-da bu funksiya daha da yaxşılaşdırılıb.

Telegram

    Belə ki, yenilənmiş Telegram-da bu funksiya fikslənmiş sürəti deyil, 0.5x-dən 2.5x-ə kimi sürət seçimlərini təqdim edir. Bundan sonra 100 nəfərə kimi olan istifadəçiyə sahib çatlarda hər bir istifadəçinin bu və ya digər mesaja nə zaman baxdığnı öyrənmək mümkün olacaq. Bununla yanaşı bundan sonra qruplara istifadəçilərin əlavə edilməsi zamanı əlavə edilməsi planlaşdırılan istifadəçilərə birbaşa dəvət linklərini göndərmək mümkün olacaq. Telegram Premium istifadəçiləri animasiyalı emojilərdən ibarət 10 yeni kataloq əldə edblər.

Telegram

Telegram

Telegram



DAHA ÇOX


Whatsapp-ın beta versiyasında fotoların HD keyfiyyətdə göndərilməsi funksiyası i..

Whatsapp tərtibatçıları messencerə yeni faydalı funksiyanı əlavə etməyə başlayıblar.


Instagram-a süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək

Son aylarda generativ süni zəka sistemləri və onların əsasında hazırlanmış çat-botlar istifadəçilər ..


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.

×