Telegram üçün bir neçə yeni funksiya hazırlanır

Telegram üçün bir neçə yeni funksiya hazırlanır

Sosial Media
12.09.2023 PAYLAŞIM

    Telegram-ın beta versiyasının kodunda hələ anons olunmamış bir neçə funksiya aşkar edilib. Söhbət kanalların Stories paylaşma imkanından və kanalların Discord-dakı kimi boosts sistemini əldə etmələrindən  gedir. Qeyd etmək lazımdır ki, Telegram-da Stories paylaşımlarının edilməsi funksiyası hələ iyun ayında istifadəyə verilmişdi. Lakin həmin vaxtda bu funksiya yalnız Telegram Premium istifadəçiləri üçün aktiv idi. Keçən ay isə Stories paylaşımları imkanı bütün istifadəçilərdə aktivləşdirildi. Görünür, Telegram tərtibatçıları bu funksiyanı inkişaf etdirmək niyyətindədirlər.

    Belə ki, Telegram-ın beta versiyasının kodunda olan məlumatlara əsasən Stories paylaşımları həmçinin messencer daxilindəki kanallar üçün də aktiv olacaq. Lakin bu, kanalın müəyyən boost səviyyəsinə çatdığı halda mümkün olacaq. Həmin boost-lar isə kanala istifadəçilər tərəfindən veriləcək. Buna oxşar sistem Discord servisinde mövcuddur. Kanalın sahib olacağı boost səviyyəsindən asılı olaraq onun üçün digər funksiyalar da aktiv olacaq. Lakin hal hazırda yalnız Stories paylaşımlarından söhbət gedir.


    Məlumata əsasən kanala boost-ları yalnız Telegram Premium istifadəçiləri verə biləcəklər. Bununla belə hər bir Telegram Premium istifadəçisi yalnız bir boost-un təqdim edilməsi imkanına sahib olacaq və o, sutkada yalnız bir dəfə öz boost-nu digər kanala verə bilər. Digər funksiyalara gəldikdə isə istifadəçilər öz Stories paylaşımlarına audio əlavə edə biləcəklər. Üstəlik kanalların statistikalarında Premium istifadəçilərin sayı əks olunacaq. Bu yeniliklərin stabil Telegram versiyasında nə zaman istifadəyə veriləcəkləri bilinmir.



DAHA ÇOX


Instagram hesabını silmədən Threads-dəki hesabı silmək mümkün olacaq

Meta şirkəti Threads adlı yeni sosial şəbəkəsini istifadəyə verəndən sonra bir mövzu ilə bağlı istif..


Whatsapp yaxın zamanda bəzi köhnə smartfonlarda artıq çalışmayacaq

Whatsapp yaxın zamanda köhnə Android dəstəkli smartfonlarda artıq çalışmayacaq.


Whatsapp Business üçün iki yeni funksiya anons edilib

Whatsapp şirkətlərə və onların müştərilərinə bəzi prosesləri daha sürətli şəkildə yerinə yetirməyə i..


Youtube-da kontent yaradıcıları üçün daha çox süni zəka funksiyası istifadəyə ve..

Made on Youtube tədbiri çərçivəsində dünyanın ən məşhur videoservisi kontent yaradıcıları üçün bir n..


Kontent yaradıcıları üçün Youtube Create tətbiqi təqdim edilib

Youtube tərtibatçıları Youtube Create adlı yeni tətbiqi təqdim ediblər.


Süni zəka vasitəsilə tərtib edilmiş kontentlər TikTok-da xüsusi olaraq işarələnə..

TikTok video müəlliflərə fərdi kontentlərinin süni zəka tərəfindən tərtib edildiyini qeyd etməkdə ya..

×