Telegram-ın yeni versiyasına Whatsapp-dakı çatları inteqrasiya etmək olar
Sosial Media
28.01.2021
Farid Pardashunas
Whatsapp-dakı konfidensiallıq siyasətində dəyişikliklərin olacağı barəsində rəsmi məlumat veriləndən sonra smartfon istifadaçiləri dünyanın ən məşhur messencerinə alternativ variant axtarmağa başladılar. Nəticədə istifadəçilərin əksəriyyəti Telegram-ı seçdi. Bir messencerdən digərinə keçid prosesini sadələşdirmək üçün isə Telegram tərtibatçıları həll yolu təklif ediblər. Belə ki, Telegram-ın yenilənmiş versiyasına digər messencerdəki yazışmaların tarixçəsini inteqrasiya etmək funksiyası əlavə edilib.
Beləliklə Telegram-ın yeni versiyası yazışmaların tarixçələrini qoruyub saxlamaqla Whatsapp, Twitter, Line, KakaoTalk və digər messencerlər ilə sosial şəbəkələrdən Telegram-a keçid imkanını verir. Bundan əlavə olaraq Telegram-ın yeni versiyasında qrupları, gizli çatları və zənglərin tarixçələrini elə silmək olar ki, onlar barəsində məlumatı heç kim əldə edə bilməsin. Həmçinin səsli çatlarda da yenilik reallaşdırılıb.
Bundan sonra bu cür çatlarda iştirak edən istifadəçilərin hər biri üçün səs gücünü tənzimləmək mümkün olacaq. Özlərini rəsmi təşkilatlar kimi təqdim edən və ya məşhur insanların adlarından istifadə edərək qanunsuz fəaliyyət göstərən qruplar ilə kanalları şikayət etmək özəlliyi reallaşdırılıb. Bunu qrup və ya kanal barəsində olan məlumatlar bölməsindən etmək olar. Bütün bu yeniliklər iOS üçün olan Telegram 7.4.1 versiyasında artıq aktivdirlər. Yeni funksiyaların Telegram-ın Android versiyasına nə zaman əlavə ediləcəyi barəsində məlumat daha sonra veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ